Texnika nədir?
İctimai istehsalda tətbiq edilən texnologiya, alət və vasitələrin məcmusudur. Bu gün fərqli növlərdə və fərqli istehsalat sahələrində müxtəlif texnikalar mövcuddur. Texnikanın məqsədi insan əməyini minimima salmaqdır. Müasir texnikalar həm zamana, həm də maddiyyata qənaət etməyə imkan verir. Daha əvvəllər insan əməyi ilə mümkün olmayan işlər və ya yüzlərlə insanın bir-neçə aya görəcəyi işləri texnikalar vasitəsilə qısa müddətə görmək mümkündür. Məsələn, daha əvvəllər ağır texnika olmadıqda yollar insanların əl əməyi ilə çəkilirdi indi isə texnikaların sahəsində yol çəkilişlərinə sərf olunan insan sayı və əməyi minimum enmişdir. Və ya qaldırıcı qurğuları missal göstərə bilərik, tonlarla ağır yükləri artıq 10-la insanın qaldırmasına ehtiyac qalmır, bunu bir insan texnika idarə edərək həyata keçirə bilir.
Tikinti texnikaları nələrdir?
Tikinti texnikaları tikinti, istehsalat, təmir proseslərində istifadə edilən texnikalardır. Tikinti texnikaları ağır qazma işləri, ağır yük qaldırma qabiliyyətinə görə seçilir. Tikinti texnikaları vasitəsilə bu gün insan əməyi minimum enmişdır. Eyni zamanda tikinti texnikalarının inkişafı insan sağlığını daha çoxaldır və zədələnmələri minimum salır. Tikinti texnikaları ilə tikintilər daha qısa müddətdə, daha az büdcə xərcləməklə başa gəlir.
Texnika icarəsi qiyməti nə qədərdir?
Texnika icarəsi qiyməti şirkətlərlə görə dəyişən amildir. Texnika icarələyərkən mütləq şəkildə xidməti müqavilə imzalanmalı və texnikanın saz olduğuna baxılmalıdır. Texnika icarə müddəti şirkətlərə görə müvvəqqəti, mövsumi, layihəyə görə ola bilər.
Texnika icarəsi nədir?
Texnika icarəsi başqa şirkətin aktivində olan texnikaların müəyyən layihələr üçün müvvəqqəti, xidmət haqqı qarşılığında kirayələnməsidir. Texnika icarəsi vasitəsilə siz iri həcmli layihələrinizdə milyonlarla pul xərcləyim yeni texnika satın almağınıza ehtiyac qalmır. Daha kiçik büdcələrlə texnikaları icarəyə götürüb layihə zamanı istifadə edə bilərsiniz.
Forklift icarəsi nədir?
Forklift, yükü qaldırmaq və ya daşımaq üçün yükün altına qoyulmaq üçün qaldırıla və endirilə bilən, ön tərəfdə bərkidilmiş güclə idarə olunan çəngəlli platformaya malik kiçik sənaye avtomobilidir. Forkliftlər anbarlar və digər böyük anbarlar da daxil olmaqla müxtəlif sənaye sahələrinin ehtiyaclarına xidmət edir.
Forkliftlər elektrik batareyası və ya yanma mühərrikləri ilə işləyir. Bəzi Forkliftlər operatorlara maşın sürərkən və maşınla işləyərkən oturmağa icazə verir, digərləri isə operatordan ayağa qalxmağı tələb edir. Bütün sənayedə materialların və malların daşınması üçün geniş istifadə olunur.